Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu, Bülbülə qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

10 noyabr 2022 | 16:19
Suraxanı rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədilə davamlı olaraq səyyar qəbullar keçirilir.
Noyabrın 10-da Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində keçirilən növbəti görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək son illərdə respublikamızın o cümlədən Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə qəsəbə sakinlərinə məlumat verib. İcra başçısı 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin və Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Daha sonra qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Keçidlər