Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu 226 nömrəli tam orta məktəbdə Azərbaycanın xalq şairi Vahid Əzizin şagirdlərlə görüşü təşkil edilmiş və Dövlət mükafatına təqdim olunmuş “Param-parça illər” kitabı müzakirə edilmişdir

25 may 2022 | 13:40
Suraxanı rayonu 226 nömrəli tam orta məktəbdə Azərbaycanın xalq şairi Vahid Əzizin şagirdlərlə görüşü təşkil edilmiş və Dövlət mükafatına təqdim olunmuş “Param-parça illər” kitabı müzakirə edilmişdir.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül xanım Axundova, Vətən müharibəsinin Şəhidi Nazim Kirxlarovun anası Sultan xanım, Vətən Müharibəsinin qazisi Ülvi Hüseynov, F.Köçəri adına Respublika Uşaq Kitabxanasının nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Məmmədova qonaqları salamlayaraq Vahid Əzizin rəngarəng poeziya dünyasında yer alan, bütünlüklə milli ruhun dirçəlməsinə, vətən uğrunda savaşa və qələbəyə həsr edilmiş “Param-parça illər” kitabı barədə məlumat vermişdir.
Daha sonra söz Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova verildi. RİH başçısı Ə.Əzizov çıxış edərək nəğməkar şair Vahid Əzizin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu və şeirlərinin öz məzmununa görə sevildiyini qeyd etmişdir. Vətən müharibəsi şəhidlərinin heç zaman unudulmayacaq obrazlarını bütün ruhsal təfərrüatı ilə əhatə edən sözügedən kitabın bizləri Qarabağ torpağının və bütövlükdə vətənin dəyərini anlamağa çağırış etdiyini vurğulayan RİH başçısı həmçinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirdi. RİH başçısı qeyd etdi ki, Azərbaycan bu gün çoxəsrlik tarixinin ən Şanlı və ən qüdrətli dövrünü yaşayır. O, işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırdı.
Sonra şagirdlər sevimli şairimiz Vahid Əzizin həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, onun şerlərini səsləndirmişlər.
Keçirilən görüşdən məmnunluq duyduğunu bildirən Vahid Əziz yaradıcılığı və onun baxış bucağı haqqında fikirlərini bölüşərək, şagirdlərin ona ünvanlanan maraqlı suallarını ətraflı cavablandırmışdır.
Sonda Gülarə Əliyeva adına 3 saylı uşaq incəsənət məktəbinin müəllimi Rəşidə İsgəndərovanın pianinoda ifasında Faiq Sücəddinovun “Vətən balladası” əsəri səsləndirilib.
Keçidlər