Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon məktəblilərinin uğurları davam edir

16 avqust 2023 | 09:53
Suraxanı rayon məktəblilərinin uğurları davam edir
S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın 5-ci sinif şagirdi Soltanzadə Yusif Elman oğlu AMO (American Mathematic Olimpiad) riyaziyyat olimpiadasında qızıl medal  qazanaraq Sinqapurda keçiriləcək Olimpiadada iştirak hüququ əldə edib. Sinqapurda keçirilən Riyaziyyat Olimpiadasına (Math Olimpiad Challenge 2023) qatılan Yusif Soltanzadə orada da növbəti qızıl medalı qazanıb.
Həmçinin, həmin ərəfədə Sinqapurda keçirilən "Beyin İdmanı Mübarizəsi"(MİND SPORTS CHALLENGE) adlı digər yarışmada da iştirak edən şagirdimiz Yusif Soltanzadə bürünc medal əldə edib.
Suraxanı Rayon İcra Hakimiyyəti adından Yusif Soltanzadəni və S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın kollektivini səmimi qəlbdən təbrik edir, yeni-yeni uğurlar diləyirik.
Keçidlər