Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə Beynəlxalq Ahıllar Günü münasibətilə bir qrup ahıl ziyarət olunub

01 oktyabr 2022 | 15:50
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova və əməkdaşlar Zığ qəsəbəsində yaşayan 97 yaşlı Nəsibulla Məzahir oğlunu və onun həyat yoldaşı 94 yaşlı Xanımbacı Bəxtiyar qızını ziyarət edilblər.
Görüş zamanı RİH başçısının müavini Könül xanım Axundova Suraxanı rayonunda ahıl şəxslərin, o cümlədən uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək bildirib ki, bu sahədə ardıcıl işlər görülür, onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqlarının qayğısına qalınır, zəruri sosial məsələləri həll olunur.
Həmçinin, ahıllarımız belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər