Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Şirinov Polad Seyran oğlunun 3 mərasimi keçirilmişdir
19 sentyabr 2022 | 15:38
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2002-ci il təvəllüdlü Şirinov Polad Seyran oğlunun 3 mərasimi Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatı Etibar Əliyevin, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidovun, rayon Prokuroru Rəşid Mahmudovun, rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədovun, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, eləcə də Şəhidin doğmalarının iştirakı ilə keçirilən mərasimdə onun əziz xatirəsi ehtiramla yad edilmişdir.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!