Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunur

01 noyabr 2022 | 11:25
A.Aqarunov adına 154 nömrəli tam orta məktəbdə həmin təhsil müəssisəsinin məzunları, vətən müharibəsi iştirakçıları Əliyev Fərman Əlixan oğlunun və Qəhrəmanov Nizami Alekseyeviçin müəllim və şagird heyəti ilə görüşü keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan görüşdə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov çıxış edərək 44 günlük Vətən müharibəsinin zəfərlə nəticələnməsindən və müharibənin gedişatı zamanı ordumuzun fəaliyyətindən söhbət açıb. O, bildirib ki, haqq mübarizəmizin şanlı Zəfərlə başa çatması Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində mümkün olub.
Gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz döyüş xatirələrini bölüşüb, Vətən sevgisi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar.
Keçidlər