Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə rayonun qəsəbələrində məişət zorakılığının qarşısının alınması və bu istiqamətdə problemlərin həlli ilə bağlı insanlara sosial-psixoloji və hüquqi xidmətlərin göstərilməsi məqsədilə bələdiyyələr tərəfindən silsilə tədbirlər keçirilir

30 avqust 2022 | 10:14
Avqustun 30-da Yeni Suraxanı bələdiyyəsi tərəfindən Ə.Məmmədov adına 101 №-li tam orta məktəbdə, Əmircan bələdiyyəsi tərəfindən isə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan maarifləndirici tədbirlərdə ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunma yolları və s. barədə ətraflı məlumat verilmişdir.
Tədbirlərdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Könül xanım Axundova, RİH yanında İctimai Şuranın sədri Rəşid Məmmədov, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin nümayəndələri, rayon ağsaqqalları, din xadimləri, psixoloqlar, ziyalılar, gənclər və sakinlər iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova çıxış edərək bildirmişdir ki, məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Bunun üçün maarifləndirmə işinin gücləndirilməsini vurğulayan K.Axundova əksər hallarda zorakılığın baş verməsi faktının gizli saxlanılmasından danışaraq belə halların müəyyən edilməsinin vacibliyini qeyd etmişdir. O, bildirmişdir ki, daim zorakılığa məruz qalmaq insanın fiziki və psixoloji sağlamlığı üçün mənfi təsir göstərərək, sonunda cinayət, intihar hallarına gətirib çıxarır. Əgər məişət zorakılığı törətmiş şəxsin əməlində cinayət tərkibi yoxdursa, lakin zərərçəkmişin hüquqları pozulubsa, həmin şəxsə eyni və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə, həmçinin zərərçəkmişə qısamüddətli mühafizə orderi verilə bilər.
Mövzu ilə bağlı video çarxlar nümayiş olunmuş, eləcə də qonaqlar və ekspertlər mövzu ətrafında çıxış etmişlər.
 
 
 
 
Keçidlər