Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə rayonun qəsəbələrində məişət zorakılığının qarşısının alınması mövzusunda təşkil olunan silsilə tədbirlər davam edir
Növbəti görüş avqustun 31-i Hövsan bələdiyyəsi tərəfindən S.S. Axundov adına 172 №-li tam orta məktəbdə təşkil olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova çıxışında qeyd etmişdir ki, məişət zorakılığı cəmiyyətimizin ən aktual problemlərindən biridir. O, bildirmişdir ki, bu gün dövlətimiz tərəfindən məsələ ciddi nəzarətdə saxlanılaraq zorakılığa məruz qalmış vətəndaşların müdafiəsi istiqamətində aidiyyəti qurumlar lazimi tədbirlər görür. K.Axundova problemlə üzləşən vətəndaşların öz hüquqlarını bilməsi üçün vətəndaş cəmiyyəti nümayəndələrinin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlərin keçirilməsinin labüdlüyünü vurğulamışdır.
Tədbirdə RİH yanında İctimai Şuranın sədri Rəşid Məmmədov, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polkovnik-leytenantı Əfqan Ağayev, vəkil Loğman Abdullayev, Höccət İbn Həsən məscidi dini icmasının sədri Hacı Allahverən Məmmədzadə, S.S. Axundov adına 172 №-li tam orta məktəbin psixoloqu Səriyyə Cəfərova, qəsəbə sakini Dürdanə Əliyeva mövzu ilə bağlı çıxış etmişlər.