Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü , Qaraçuxur bələdiyyəsinin və 104 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Qadın hüquqları, müasirlik və Azərbaycan reallığı” mövzusunda tədbir keçirilib

10 iyun 2024 | 17:23
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 İyun tarixli Sərəncamı ilə 18 İyun tarixi ölkəmizdə İnsan hüquqları günü kimi təssis olunub.
 🔹Ənənəvi olaraq hər il olduğu kimi qarşıdan gələn bu əlamətdar gün ərəfəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 18 may – 18 iyun tarixləri Ombudsman tərəfindən “İnsan Hüquqları Aylığı” elan edilmişdir.
“İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və qəsəbə bələdiyyələrində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyaların təşkilatçılığı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
🔹İyunun 10-da 104 saylı tam orta məktəbdə “ Qadın hüquqları, müasirlik və Azərbaycan reallığı” mövzusunda keçirilən tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Suraxanı rayon Polis İdarəsinin İctimaiTəhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla proflaktiki işin təşkili bölməsinin rəisi Polis Polkovnik Leytenantı Əfqan Ağayev və digər qonaqlar iştirak ediblər.
🔹Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, Azərbaycan müsəlman Şərqində və Türk dünyasında qadına seçmək və seçilmək hüququnu verən ilk ölkə olmuşdur. Bu, tarixdə qadınlarımıza verilən dəyərin təzahürüdür. Eyni zamanda, qadınlarımızın təhsilinə verilən önəm bu gün onların öz hüquqlarını müdafiə etmələrinə imkan yaradır. Ötən əsrin əvvəllərində savadsızlığın, geriliyin hökm sürdüyü zamanlarda millətin aydın fikirli, işıqlı insanları, ziyalıları xalqı maarifləndirmək üçün ilk növbədə çalışırdılar ki, bu ləyaqətli missiyanı yerinə yetirmək üçün qadınlar mütləq təhsil alsınlar. K.Axundova həmçinin qeyd edib ki, gender bərabərliyi məsələləri, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılmış imkanların zaman – zaman genişləndirilməsi dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərində dayanır. Bu gün Birinci vitse – prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını tarixdə layiq olduğu böyük zirvəyə yüksəlmişdir.
🔹Tədbirdə çıxış edən Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, Yetkinlik Yaşına Çatmayanlarla proflaktiki işin təşkili bölməsinin rəisi Polis Polkovnik Leytenantı Əfqan Ağayev, Şəhid Ailələri Müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Şəhid Muxtar Qasımlının anası Almaz Qasımova, 43 saylı Şəhər Poliklinikasının baş həkimi Ramella Quliyeva, 104 saylı məkətbin psixoloqları Lamiyyə Mansurovaya və Əsmər Səfərova çıxış edərək bildiriblər ki, Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Onlar hər zaman fədakar, möhkəm iradə sahibi kimi tanınmışlar. Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.
🔹Tədbirdə mövzu ilə bağlı prezentasiyalar, videoçarxlar nümayiş olunub.
Keçidlər