Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 10 sentyabr - Ümumdünya intiharların qarşısının alınması günü ilə bağlı tədbir keçirilmişdir

10 sentyabr 2022 | 09:56
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova bir sıra subyektiv amillərin insanı müəyyən anda ağır cinayət əməlinə sürükləməsinin qarşısının alınması məqsədilə intiharlara qarşı fəaliyyətləri dəstəkləməyin və təşviq etməyin önəmindən danışmışdır. O bildirmişdir ki, yaranmış çətin durumdan çıxmaq üçün resurslar çatışmayanda, yaxud da özünü tənha hiss edərkən bəzi insanlar özünəqəsdə əl atırlar.
Onların əksəriyyəti özlərini digərlərinə yük kimi hiss edirlər. Belə olan halda ətrafdakı insanlar bu cür psixoloji və mənəvi böhran yaşayan şəxslərə mütləq yardım etməlidirlər. Yeniyetmə və gənclər arasında da intihar hallarının çox olduğunu təəssüflə vurğulayan K.Axundova belə halların yaşanmaması üçün valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir.
Tədbirdə iştirak edən qonaqlardan S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin psixoloqu Səriyyə Cəfərova, Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Elvin Quliyev, Fatimeyi-Zəhra məscidinin imamı Surxay Əhmədov, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polkovnik-leytenantı Əfqan Ağayev, 15 saylı BŞX-nın psixiatrı Mələk Məmmədova, Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixab Əliyev və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Firəngiz Məlikbəyli mövzu ilə bağlı çıxışlar etmişlər.
Keçidlər