Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Abadlıq Xidməti MMC tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı ünvanın yerləşdiyi küçə asfaltlandı

25 avqust 2023 | 09:25
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Abadlıq Xidməti MMC tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı ünvanın yerləşdiyi küçə asfaltlandı.
19.12.1960-cı ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş və bir neçə gün öncə Daşaltı kəndi ərazisində meyit qalıqları aşkar edilmiş şəhidimiz Abdullayev Nurəli Hacıbaba oğlunun ailə üzvlərinin yaşadığı Əmircan qəsəbəsində yerləşən və öz adını daşıyan Nurəli Abdullayev küçəsi asfaltlanıb.
Qeyd edək ki, Əmircan qəsəbəsində böyüyüb boya-başa çatan Nurəli Abdullayev orta məktəbi bitirdikdən sonra 112 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirib. Quru Mayesiz Transformator zavodunda, Suraxanı ayaqqabı fabrikində işləyib. 1978-80-ci illərdə Tbilisidə hərbi xidmətdə olub.
1991-ci ildə erməni vəhşiliyinə nifrəti Nurəlinin də əyninə döyüşçü forması geyindirdi. Kərkicahanda, Goranboyda neçə - neçə döyüşlərdə iştirak etdi, vətənpərvərliyi ilə çox gənclərə nümunə oldu. O, hələ çox igidliklər göstərəcəkdi, amma tarixə qara ləkə kimi düşən «Daşaltı əməliyyatı» nda o da xəyanətin toruna düşərək, Vətən uğrunda canını fəda etdi.
Ruhun şad olsun qəhrəman Nurəli!
Nurəli Abdullayevin timsalında bütün şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbr diləyirik.
Keçidlər