Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Gənclər evinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon gənclərinin Şəhidlərimizin ailə üzvlərini ziyarət etməsi davam etdirilir

12 fevral 2023 | 11:27
Bu dəfə gənclər Vətən müharibəsinin şəhidi Cabbarzadə Cavid Qorxmaz oğlunun ailəsini ziyarət ediblər.
Görüş zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Şəhidin ailə üzvləri Cavid Cabarzadə haqqında xatirələrini bölüşüb, döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
Həmçinin ailə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər