Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin, Respublika Reabilitasiya Mərkəzinin, Şağan və Sumqayıt Reabilitasiya Mərkəzlərinin birgə təşkilatçılığı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 21 İyun - Beynəlxalq Yoqa Gününə həsr olunmuş "Yaşıl dünyamızı sağlam ruhda qoruyaq" adlı inklüziv yoqa festivalı keçirilib

20 iyun 2024 | 11:56
Festivalın keçirilməsinin məqsədi cənab Prezidentin 22.07.2022-ci il tarixli 3378 nömrəli sərəncamının icrası ilə bağlı vətəndaşların sağlam həyat tərzinin və fiziki aktivliyinin təmin edilməsidir.
Yoqa festivalı Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Yoqa Klubunun prezidenti Sevindik Mehdiyev tərəfindən keçirilib.
 Sağlamlıq imkanları məhdud şəxslərin də cəlb olunduğu açıq səma altında baş tutan inklüziv festivalın iştirakçılarına düzgün nəfəs texnikası ilə bədənini dinləmək bacarığı öyrədilib. Sağlam həyata keçid üçün sadə addımlardan bəhs edilib.
Keçidlər