Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və “Pearl Fitness Centre”-nin təşkilatçılığı ilə sentyabrın 10-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən istirahət parkında “Həftəsonu gimnastika hamı üçün” məşğələsi keçirilmişdir

10 sentyabr 2022 | 09:53
Əhali arasında gimnastikanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və “Pearl Fitness Centre”-nin təşkilatçılığı ilə sentyabrın 10-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən istirahət parkında “Həftəsonu gimnastika hamı üçün” məşğələsi keçirilmişdir.
Tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilib. Azyaşlılar proqrama qoşularaq idman ustası Dürdanə Əliyevanın rəhbərliyi altında gimnastika, rəqs hərəkətlərini yerinə yetiriblər.
Məşğələ sakinlər tərəfindən maraqla izlənilmişdir.
Keçidlər