Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və 172 saylı tam orta məktəbin təşkilatçılığı ilə "Erkən nikaha yox deyək!" adlı yuxarı sinif şagirdləri və onların valideynləri üçün maarifləndirici tədbir keçirilib
Tədbirdə çıxış edən Suraxanı Rayonu İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların müdafiəsi üzrə komisiyanın məsul katibi Asəf Əmrahov. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının üzvü Kəmalə Aşumova, Suraxanı Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis polkovniki Əfqan Ağayev, 16 nömrəli Uşaq Poliklinikasının baş həkimi Könül Hümbətova, fəlsəfə doktoru Mail Yaqub , psixoloq, ailə məsələləri üzrə mütəxəssis Əfsanə Rüstəmova, məktəbin direktoru və psixoloqu Səriyyə Cəfərova erkən nikahların doğurduğu fəsadlar və bir çox hallarda bu fəsadların səbəb olduğu faciələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atan erkən nikahlar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Valideynlərə öz övladlarını erkən nikaha sövq etməkdən çəkinmələri, onların təhsillərini bitirmələrinə şərait yaratmalı olduqları bir daha tövsiyə edilib.