Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun RİH-də növbəti vətəndaş qəbulu iyulun 1-də keçirilib.

01 iyul 2024 | 13:16
RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər