Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun Qaraçuxur qəsəbəsində sakinlərlə səyyar qəbul-görüşü keçirilib

28 oktyabr 2022 | 08:58
Qaraçuxur qəsəbəsi Yeni Günəşli "D" yaşayış sahəsində, 282 nömrəli tam orta məktəbdə baş tutan görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək son illər ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı məlumat verib, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulayıb.
RİH başçısı işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımız cənab İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb.
Suraxanı rayonunun bütün qəsəbələrində olduğu kimi Qaraçuxur qəsəbəsində də mütəmədi olaraq sakinlərlə görüşlərin keçirildiyini vurğulayan Ə.Əzizov ötən müddət ərzində bir çox işlərin görüldüyünü, vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.
Daha sonra qəsəbə sakinləri səyyar görüşlərin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.
Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Keçidlər