Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsinin şəhidi Muxtar Qasımlının qardaşının toy məclisində iştirak etmişdir
25 iyun 2022 | 12:07
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsinin şəhidi Muxtar Qasımlının qardaşının toy məclisində iştirak etmişdir.
Hər zaman Şəhid ailələrinə dəstək olan RİH başçısı Əziz Əzizov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsinə ehtiramını bildirərək gənclərə xoşbəxtlik diləmişdir.
Mərasimdə Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın əməkdaşları və digər qonaqlar iştirak etmişlər.