Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyətinə görə fərqlənən "Uğurlu yol" qəzetinin təsisçisi Rzayev İlyas Qurban oğlunu 65 illik, Hövsan Mədəniyyət Sarayının direktoru Rəhimov Vasif Aydın oğlunu 55 illik, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin şöbə müdiri Abbasova Elmira Hilal qızını 60 illik yubileyləri münasibətilə RİHB-nin Fəxri Fərmanları ilə təltif etmişdir

02 avqust 2022 | 10:51
Əziz Əzizov ölkə başçımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində aparılan genişmiqyaslı tədbirlərdən, o cümlədən rayonda həyata keçirilən işlərdən bəhs edərək yaxın günlərdə doğum günlərini qeyd etmiş İlyas Rzayevi, Vasif Rəhimovu və Elmira Abbasovanı səmimi qəlbdən təbrik etmişdir.
Qeyd edək ki, "Uğurlu yol" qəzetinin təsisçisi İlyas Rzayev uzun illər mətbuat sahəsində çalışaraq və onun inkişafında, eləcə də rayonda görülən işlərin işıqlandırılması sahəsində peşəkarlığı ilə seçilmişdir. Həmçinin, Hövsan Mədəniyyət Sarayının direktoru Rəhimov Vasif Aydın oğlunun uzun illər fəaliyyəti dövründə mədəniyyət sahəsində xüsusi xidmətləri olmuşdur. 1987-ci ildən Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində çalışan Elmira Abbasova da peşəsini şərəf və ləyaqətlə yerinə yetirərək rayonun ictimai həyatında yaxından fəal iştirak etmişdir.
Yubilyarları bir daha doğum günləri münasibətilə Rayon İcra Hakimiyyəti adından ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ruh yüksəkliyi və tükənməz həyat enerjisi arzulayırıq!
Keçidlər