Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirib

13 aprel 2023 | 09:35
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirib.
A.Səfərov adına 114 saylı tam orta məktəbdə sakinlərlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov çıxış edərək əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar ölkə başçımız cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamların əhəmiyyəti barədə danışıb, onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən sabitliyin sosial-iqtisadi inkişafın əsasını təşkil etdiyini vurğulayıb.
O, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Həmçinin, sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər