Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın akt zalında Qaraçuxur qəsəbəsinin sakinləri ilə keçirmişdir
08 sentyabr 2022 | 16:36
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın akt zalında 200 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək son illər ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır.
RİH başçısı işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımız cənab İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırmışdır.