Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Qaraçuxur qəsəbəsinin sakinləri ilə keçirmişdir.

09 iyun 2022 | 17:29
İyunun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Qaraçuxur qəsəbəsinin sakinləri ilə keçirmişdir.
P.İsmayılov adına 278 №-li tam orta məktəbdə 300 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə RİHB-nin birinci müavini Rəşad Hacıyev, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək ölkə başçımız, Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışmış, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng infrastruktur layihələrinin, quruculuq işlərinin məhz dövlət başçımızın uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulamışdır.
Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər