Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Beynəlxalq 11-ci sinif şagirdi Məmmədova Qəndab Şaiq qızını və məktəbin direktoru Südabə Abdullayevanı qəbul edib Kopernik Olimpiadası”nın fizika-astronomiya fənləri üzrə ABŞ-da keçirilən final mərhələsində ölkəmizi uğurla təmsil edərək qızıl medala layiq görülmüş

14 fevral 2023 | 17:53
Dünya birincisi olan Qəndab Məmmədova Birləşmiş Ştatların Kopernik olimpiadasında iştirak hüququ qazanan ilk azərbaycanlı qız təmsilçidir.
Ölkə Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə həmişə yüksək diqqət və qayğı ilə yanaşdığını qeyd edən RİH başçısı Əziz Əzizov 29 ölkəni geridə qoyaraq, Azərbayacana qızıl medalla dönməyə müvəffəq olan Qəndab Məmmədovanı təbrik edib, ona ölkəmizin adını bundan sonra da yüksəklərə qaldırmağı arzulayıb, eləcə də məktəb rəhbərliyinə minnətdarlığını bildirib. Rayon rəhbəri Qəndab Məmmədovanı Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırıb.
Qeyd edək ki, bundan öncə Qəndab Məmmədova Respublika Fənn Olimpiadasında gümüş medal, Şuşa ilinə həsr olunmuş Respublika Olimpiadasında isə qızıl medal qazanıb.
Suraxanı Rayon İcra Hakimiyyəti adından 279 №-li tam orta məktəbin kollektivini və Qəndab Məmmədovanı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.
Keçidlər