Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib

27 mart 2024 | 15:30
Qeyd edək ki, sözügedən yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov təltifə görə Ombudsman, hörmətli Səbinə xanım Əliyevaya dərin təşəkkür və minnətdarlığını bildirərək, bundan sonra da Azərbaycanın davamlı tərəqqisi və parlaq gələcəyi naminə dövlətimizə ləyaqətlə xidmət edəcəyini diqqətə çatdırıb.
Keçidlər