Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Respublikanın əməkdar artistini yubileyi münasibətilə təbrik etdi

16 may 2025 | 11:30
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Respublikanın əməkdar artisti, aktyor, Bakı Uşaq və Gənclər Teatrının direktoru Həsənli İntiqam Soltan oğlunu 60 illik yubileyi münasibətilə təbrik edib.
Yubilyarı rayonun ictimai həyatında uzun illər səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edən Adil Əliyev ona ən xoş arzularını çatdıraraq uzun və sağlam ömür, fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Azərbaycan teatr tarixində yeni bir səhifənin müəllifi olan İntiqam Soltanın 1990-cı ildə yaratdığı “Körpəm” Eksperimental Uşaq Teatrı Azərbaycanda ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Aktyorluq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, uşaqlarla da işini davam etdirərək Azərbaycan teatrı üçün yeni-yeni istedadlar yetişdirən, mədəniyyət tariximizə töhfələr verən İntiqam Soltan uğurlu layihələri ilə hər zaman seçilib.
Keçidlər