Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Ramiq Abidov adına 85 №li tam orta məktəbin direktoru Əhmədov Maxsud Musa oğlunu və 89 №li tam orta məktəbin direktoru Baba-zadə Dadaş Teyyub oğlunu 65 illik yubileyləri münasibətilə təbrik edib
17 aprel 2025 | 11:00
Yubilyarları Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edən A.Əliyev onlara ən xoş arzularını çatdıraraq uzun və sağlam ömür, işlərində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 1982-ci ildən pedaqoji fəaliyyətə başlayan, 2009-cu ildən hal-hazıradək Ramiq Abidov adına 85 №li tam orta məktəbin direktoru vəzifəsində çalışan Əhmədov Maxsud Musa oğlu, eləcə də 1978-ci ildən pedaqoji fəaliyyətə başlayan, 1993-cü ildən hal-hazıradək 89 №li tam orta məktəbin direktoru vəzifəsində çalışan Baba-zadə Dadaş Teyyub oğlu çalışdıqları müddətdə vəzifələrini ləyaqətlə təmsil etmiş, peşəkarlıqları və yüksək insani keyfiyyətləri ilə seçilərək kollektivləri arasında böyük hörmət qazanmış, eləcə də rayonunun ictimai-siyasi həyatında fəal iştirak etmişlər.