Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib

18 iyul 2024 | 14:04
İyulun 18-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Hövsan qəsəbəsində yerləşən 76 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı bildirib ki, ölkə başçısının tapşırığına əsasən vətəndaş məmnunluğunun təmin olunması və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil olunan səyyar qəbulların əsas məqsədi sakinlərlə daha sıx təmasda olmaq, onların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Səyyar görüşdə məhəllədaxili yollarda asfalt örtüyünün salınması, su və elektrik təchizatında yaranmış problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və məsələlər nəzarətə götürülmüşdür.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər