Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə vətəndaşları dinləyib
29 iyul 2024 | 12:36
İyulun 29-da təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib. İcra hakimiyyəti başçısı müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 80-dən çox vətəndaş iştirak edib.
Qəbulda sakinləri narahat edən mənzil, kommunal, sosial, humanitar və s. məsələlərə bağlı qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.