Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşlar şəhid ailələri və qazilərlə birlikdə Şəhidlər Xiyabanlarını ziyarət ediblər

13 iyul 2024 | 11:58
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşlar şəhid ailələri və qazilərlə birlikdə Şəhidlər Xiyabanlarını ziyarət ediblər. Rayonun Bülbülə, Əmircan, Zığ, Suraxanı və Hövsan qəsəbələrində, eləcə də Xəzər və Sabunçu rayonlarında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edən İcra Hakimiyyətinin başçısı məzarlara tər gül dəstələri düzərək, qəhrəmanlarımızın əziz ruhlarını hörmət və ehtiramla yad edib.
Adil Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızı düşmən işğalından azad edilib. Ölkəmiz 30 ildən sonra ərazi bütövlüyünün bərpa, suverenliyinin bərqərar edib. Şəhidlərimizin ən şirin nemət olan canlarını fəda etdikləri Vətən torpaqlarında şanlı bayrağımızın böyük fəxarətlə dalğalanmasını qeyd edən Adil Əliyev, igidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirərək, Allahdan qəhrəmanlarımıza rəhmət diləyib.
Keçidlər