Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 44 günlük Vətən müharibəsinin şəhidi Babayev Fərhad Məhərrəm oğlunun və Mirzəzadə Nurəddin Burhan oğlunun ailələrini ziyarət edib, şəhidlərin əziz xatirələrini ehtiramla anıb.
15 noyabr 2024 | 16:39
RİH başçısı Adil Əliyev vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan RİH başçısı bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaəti gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq.