Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib

13 dekabr 2024 | 11:51
Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev, RİHB-nin müavinləri, 226 saylı tam orta məktəbin kollektivi və digər qonaqlar iştirak ediblər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində 226 saylı tam orta məktəblə birgə təşkil olunmuş tədbirdə uşaqlar, eləcə də məktəbin şagirdləri müxtəlif rəqslər və şerlərlə çıxış ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev uşaqlarla birgə şam ağacını bəzəyərək onlara hədiyyələr təqdim edib.
Keçidlər