Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 140 №li tam orta məktəbin direktoru Rəsulov Məcid Yunus oğlunu 65 illik yubileyi münasibətilə təbrik edib

05 iyun 2025 | 12:30
Məcid Rəsulovu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edən Adil Əliyev ona ən xoş arzularını çatdıraraq uzun və sağlam ömür, işlərində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı fakültəsini bitirərək 1988-ci ildən Suraxanı rayonunda pedaqoji fəaliyyətə başlayan və 2004-cü ildən hal-hazıradək 140 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışan Rəsulov Məcid Yunus oğlu çalışdığı müddətdə vəzifəsini ləyaqətlə təmsil etmiş, peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə seçilərək kollektivi arasında böyük hörmət qazanmış, eləcə də rayonunun ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Keçidlər