Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib və onlara ərzaq sovqatları paylanıb.

25 fevral 2023 | 15:52
Suraxanı rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilən silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir Suraxanı Rayon İcra hakimiyyətinin inzibati binasında rayon rəhbərliyinin rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə görüşü olub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ zamanı həyatını itirmiş şəxslərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Əziz Əzizov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və bir çox dövlətlər Xocalıda baş verənləri soyqırımı kimi tanıyır.
Diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarına qarşı həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində düşmən məhv edildi. Bununla da həm torpaqlarımız azad olundu, həm də Xocalı faciəsi qurbanlarının qisası alındı. Bu gün qəhrəman əsgər və zabitlərimiz Qarabağda dalğalanan müqəddəs bayrağımızı şərəflə qoruyurlar. Xocalı şəhidlərinin, Vətən uğrunda canından keçən bütün qəhrəman Azərbaycan övladlarının ruhu şaddır.
Xocalıdan olan şəhid ailələrinin üzvləri çıxış edərək dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını bildiriblər. Əminliklərini ifadə ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda doğma yurdlarına qayıdacaqlar.
Sonda Xocalıdan olan 26 şəhid ailəsinə ərzaq sovqatları verilib.
Keçidlər