Suraxanı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi və Suraxanı RİH-in birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirilib
Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik İlqar Səfərov, Dövlət Sularda Xilasetmə Xidmətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Suraxanı Rayon Polis İdarəsinin məsul nümayəndələri, RİHBA-nın şöbə müdirləri, MKİS rəisləri, gənclər, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Dəniz suyunun təmizlik vəziyyəti” və “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” haqqında aidiyyəti qurumların məruzəsi dinləniləcək, habelə maraqlı tərəflər, o cümlədən, çimərliklərin fəaliyyətinə məsul şəxslərin çıxışları səsləndirilib, vəziyyətlə bağlı müzakirələr aparılıb. Təklif və iradlar nəzərə alınaraq lazımı tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.