Suraxanı Rayon İcra Hakimiyyətində 28 May – Müstəqillik Gününə həsr edilmiş #konfrans keçirilib
27 may 2024 | 12:44
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək XX əsrin sonlarında xalqımızın yenidən azadlığa qovuşmasından, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın müstəqilliyinin əbədi xarakter aldığını qeyd edib. Bildirib ki, Ulu Öndərin siyasi varisi Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində hazırda ərazi bütövlüyü və suverenliyi təmin edilmiş Azərbaycan beynəlxalq nüfuzu davamlı güclənməkdə olan qüdrətli dövlətə çevrilib.