Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətində 28 May – Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirilib

27 may 2025 | 12:00
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə rəhbərləri iştirak ediblər.
Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən və dövlət himni səsləndirildikdən sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan Azərbaycan Xalq Cümhuriyyəti ölkənin müstəqilliyini dünyaya bəyan etdi, cəmi 23 ay ömür sürdü, lakin müstəqil və milli dövlətçilik tariximizdə şanlı səhifəyə çevrildi. O, həmçinin, ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən Azərbaycanın Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya arenasında əldə etdiyi nailiyyətlərdən, bu siyasi xəttin uğurla davam etdirilməsində misilsiz xidmət göstərərək Vətənimizin bütövlüyünü təmin edən Prezident cənab İlham Əliyevin beynəlxalq münasibətlər sistemində, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətindəki qətiyyətli addımlarından danışıb. RİH başçısı bildirib ki, ölkə başçımız cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində hazırda ərazi bütövlüyü və suverenliyi təmin edilmiş Azərbaycan beynəlxalq nüfuzu davamlı güclənməkdə olan qüdrətli dövlətə çevrilib.
Keçidlər