Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətində 22 Fevral - Avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub

22 fevral 2024 | 12:00
Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında avtomobil yolları işçilərinin peşə bayramını təbrik edərək bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də məhz yol infrastrukturunun müasir standartlara cavab verməsidir. Avtomobil yolları işçiləri də yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrasının fasiləsiz olaraq davam etdirildiyini vurğulayan RİH başçısı Suraxanı rayonunda da vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işlərinin mərhələli şəkildə davam etdirildiyini qeyd edib.
Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Hacıyev, müavinlər Fuad Cəbrayılov, Könül Axundova, Əmircan qəsəbə nümayəndəsi Əlixan Əliyev, bələdiyyə sədri Cəmilə Ağayeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov çıxış edərək avtomobil yolları işçilərini peşə bayramı münasibətilə rəbrik edib, ən xoş arzularını çatdırıblar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 7 №-li Yol İstismarı” MMC-nin direktoru Müşfiq İmranov da göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan “Bakı 7 №-li Yol İstismarı” MMC-nin bir qrup əməkdaşını rayonda aparılan abadlıq-quruculuq işlərində fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.
Keçidlər