Suraxanı Rayon İcra Hakimiyyəti və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə laqədar rayon gəncləri və qazilərin Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub
22 fevral 2023 | 09:03
Qeyd edək ki, muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kv.m sahədə yerləşib.
Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub.
Muzeydə həmçinin qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilib.
Muzeyin əməkdaşı tərəfindən muzey barədə gənclərə ətraflı məlumat verilib. Sonra gənclər muzeyin akt zalında Xocalı soyqırımından bəhs edən videoçarxı seyr ediblər.