Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə fəaliyyət müşavirəsi keçirilib

22 oktyabr 2022 | 17:07
Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında baş tutan görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov və aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu - Yusif Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Aqrar Kredit və İnkişaf Agentliyinin kredit departamentinin, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, “Azəriqaz” İctimai Birliyinin, "Azərsu" ASC-nin Suraxanı Rayon Sukanal İdarəsininin, "Azərişıq" ASC-nin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları və kənd təsərrüfatı ilə məşğul sahibkarlar iştirak edib.
RİHB-nin müavini Fuad Cəbrayılov qonaqları salamlayaraq mövzunun aktuallığını qeyd edib. Daha sonra kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına dəstək, onların maraqlarının qorunmasında, problemlərin həllində, sahibkarlıq subyektlərinə göstərilən xidmətlər və müşahidələrin aparılması məqsədilə məruzəçi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu - Yusif Bağırov mövzu ətrafında çıxış edərək görüləcək birgə tədbirlərin keçirilməsində kənd təsərrüfatı sahəsində Kiçik və Orta Biznesə dəstək göstərilməsi işinin yüksək səviyyədə təşkil olunacağını qeyd etdi.
Daha sonra tədbir çərçivəsində aidiyyatı qurumların nümayəndələri tərəfindən sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, torpaq sahələrinin sənədləşdirilməsi, kommunal sahadə olan çətinliklərin aradan qaldırılması və onları maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırıldı.
Keçidlər