Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər və İdman İdarəsi, Suraxanı Gənclər Evi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “Al Market” MMC də işləmək istəyən Rayon sakinləri üçün “Açıq qapı” günü təşkil olunmuşdu

29 iyul 2022 | 10:07
Giriş sözü ilə Suraxanı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Eldəniz Əliyev çıxış edərək, müraciət edənlərə kariyeralarını düzgün istiqamətdə qurmaqlarını tövsiyyə etmiş və dövlət tərəfindən lazım olan dəstəyi hər zaman göstərildiyini vurğulamışdır.
Sonra iştirakçılara Dövlət Məşğulluq Agentliyinin tanıtım çarxı təqdim olunmuşdur.
Daha sonra Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban Əliyeva iş axtaranlara Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermiş və Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən vətəndaşların sualları cavablandırılmışdır.
"Al Market” MMC tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 40 sayda boş iş yerləri (əməkhaqqı 330-445 manat aralığına) təqdim olunmuşdur.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 30-dan çox vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir.
Cəlb edilmiş şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqda idi.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.
Keçidlər