Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra başçısı fevral ayının 22-si növbəti dəfə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb

23 fevral 2024 | 15:00
RİH başçısı növbəti dəfə 275 nömrəli tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı Əziz Əzizov ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin xalqımız və dövlətimiz üçün çox əhəmiyyətli olduğunu bildirərək cənab İlham Əliyevin böyük səs çoxluğu ilə qalibiyyəti münasibətilə hər kəsi təbrik edib. O, qeyd edib ki, Qarabağ tamamilə azad edilib, Azərbaycanımızın suverenliyi bütün ərazilərimizdə bərpa edilib, Qalib xalq olaraq ilk dəfə belə bir seçki keçirirdik. Qarabağı azad edən, xalqımız və dövlətimiz naminə böyük işlər görən cənab İlham Əliyev bu xalqın ən layiqli və şəriksiz lideridir.
Əziz Əzizov həmçinin, seçkilərdə yüksək fəallığa görə sakinlərə dərin minnətdarlığını bildirib.
Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Keçidlər