Suraxanı rayon Heydər Əliyev parkında “Gənclik səhnədə!” adlı musiqili tədbir keçirilib
10 iyun 2025 | 17:45
Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və Suraxanı Gənclər evinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev parkında “Gənclik səhnədə!” adlı musiqili tədbir keçirilib.
Tədbirin rəsmi hissəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev iştirak edərək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və onların fəallığını, təşəbbüskarlığını yüksək qiymətləndirib, eyni zamanda gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi vurğulayıb.
Daha sonra tədbirin bədii hissəsində Suraxanı Gənclər evinin musiqi dərnəyinin gənc istedadlı musiqiçiləri — LinOrph və Zəfər qrupları səhnəyə çıxaraq öz ifaları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar. Onların enerjili çıxışları tədbirə xüsusi rəng qatıb. Müxtəlif janrlarda səsləndirilən mahnılar həm gənclərin, həm də tədbirin digər qonaqlarının böyük marağına səbəb olub. Gənclər coşqu ilə mahnılara qoşularaq əyləndilər, rəqs etdilər və şən, yaddaqalan anlar yaşadılar.