Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Gənclər Evində "Heydər Əliyev İrsi" layihəsi çərçivəsində açıq havada xüsusi qayğıya ehtiyacı olan gənclərlə "İnklüziv gün" adlı tədbir keçirildi

04 may 2024 | 11:40

4 may 2024-cü il tarixində  Suraxanı  Gənclər Evində "Heydər Əliyev İrsi" layihəsi çərçivəsində açıq havada xüsusi qayğıya ehtiyacı olan gənclərlə "İnklüziv gün" adlı tədbir keçirildi.

   Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Gənclər Evinin, UAFA Azərbaycan Birgə Yardım Təşkilatı Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzinin nümayəndələri, fiziki məhdudiyyətli gənclər, valideynlər, könüllülər, psixoloqlar və digər qonaqlar iştirak ediblər.

   Belə tədbirlər ailələrimizin sosialaşmasında, cəmiyyətə inteqrasiyasında və adaptasiyasında böyük rol oynayir.

   Tədbirdə  psixoliji oyunlar, bədən tərbiyəsi hərəkətləri, müxtəlif idman yarışları keçirilmiş, #rəsm sərgisi və rəsm üzrə masterklas, eyni zamanda əl işlərindən və keramikadan ibarət sərgi və masterklas təşkil olunmuşdur.

   Sonda tədbir iştirakçıları sertifikat və hədiyyələr ilə təltif olunublar.

Keçidlər