Senytabrın 27-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Zığ qəsəbəsi, Zığ yolu küçəsində ağacəkmə aksiyası keçirilib
27 sentyabr 2022 | 14:40
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon prokuroru Rəşid Mahmudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin rəisi Kənan Nağıyev , RİHB-nin müavinləri, şöbə müdirləri, rayonun idarə rəhbərləri iştirak etmişlər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Suraxanı rayonunda da bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Məhz ağacəkmə aksiyasının əsas məqsədi də şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsinə töhfə verməkdir.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!