Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı Rayon Heydər Əliyev parkında 2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir

09 sentyabr 2022 | 11:05
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin səlahiyyətlərini icra edən Rasim Kazımov, rayonun məktəb direktorları, qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar, ziyalılar iştirak etmişlər.
İlk öncə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilmiş, önünə gül dəstələri düzülmüş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilmişdir.
Suraxanı Rayon Heydər Əliyev Parkında məzunlarla keçirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş sözü ilə açmış və Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Əziz Əzizov bildirmişdir ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir. 2021/2022-ci tədris ilində Suraxanı rayonu üzrə tam orta məktəbi bitirmiş 2432 məzundan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmiş 1318 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Onlardan 57 nəfəri 600-dən yuxarı bal toplayaraq müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanmışlar.
Suraxanı rayonu üzrə 600-baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş 57 məzun və 9-cu sinfi bitirərək Bakı Biznes və Kooperasiya Kollecinə daxil olmuş, Şəhidimiz Mehdi Fərzullazadənin qardaşı Fərzullazadə Asəf Zaman oğlu, eləcə də 89 saylı tam orta məktəbin kollektivi təhsildə əldə etdikləri nailiyyətlərə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunmuş, hədiyyələrlə mükafatlandırılmışlar.
Keçidlər