Sentyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsinin Şəhidi Mərdanov Vaqif Ədalət oğlunun ailə üzvləri, qəsəbə ağsaqqalları və ziyalıları ilə birlikdə məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla anmışlar
03 sentyabr 2022 | 08:27
Bu gün ölkə prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Suraxanı rayonunda da belə həssas kateqoriyadan olan vətəndaşlarımız dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Onlar mütəmadi ziyarət edilərək müraciətlərinin həlli istiqamətində aidiyəti üzrə tədbirlər görülür.
Sentyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsinin Şəhidi Mərdanov Vaqif Ədalət oğlunun ailə üzvləri, qəsəbə ağsaqqalları və ziyalıları ilə birlikdə məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla anmışlar. Şəhidin məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, Vətən Müharibəsində döyüş yolu keçən Vaqif Mərdanov Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Hər an ölümün gözünə dik baxaraq, “Vətən sağ olsun” deyərək döyüşlərə qatılıb və ruh yüksəkliyi ilə addım-addım irəliləyib. Noyabr ayının 3-də Qubadlı istiqamətində gedən döyüşlər Vaqif Mərdanovun son döyüşü olur və o, arzusunda olduğu şəhidlik zirvəsinə yüksəlir.