Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 12-də 2022-ci ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş qəhrəmanımız Həsənov İbrahim Şöhrət oğlunun anım mərasimi keçirilib.

13 sentyabr 2024 | 09:49
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə İbrahim Həsənovun Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub, daha sonra ehsan süfrəsi açılıb.
RİH başçısı Adil Əliyev şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək qeyd edib ki, şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ən uca, ən ali zirvədir. O, şəhidimizin həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu, onun cəsarətinin, hünərinin və döyüş yolunun təbliğinin vacibliyini diqqətə çatdıraraq bildirib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin, o cümlədən rəşadətli ordumuzun sayəsində bu gün Qarabağda həyat yenidən canlanıb.
Şəhidin valideynləri göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər