Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 1-i Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu, leytenant Səfərov Şahmar Nazim oğlunun doğum günüdür

01 sentyabr 2022 | 10:16
Şəhidlik zirvəsinə ucalmış Şahmar Səfərovun doğum günündə onun məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuş və əziz xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, idarə, müəssisə rəhbərləri, Şəhid ailələri, rayon ziyalıları və Şəhidin doğmaları iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bütün Şəhidlərimizin xatirəsini anmış, xalqımızın azadlığı, ölkəmizin suverenliyi naminə canlarından keçən Vətən övladlarımızın qəhrəmanlığının böyük qürur hissi doğurduğunu qeyd etmişdir. O, bildirmişdir ki, bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır. RİH başçısı eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng yenidənqurma işlərindən bəhs edərək həyata keçirilən misli görünməmiş bu quruculuq işlərinin Azərbaycanın qüdrətinin göstəricisi, Ölkə başçımız Cənab İlham Əliyevin güclü siyasətinin nəticəsi olduğunu da bildirmişdir.
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Şahmar Səfərov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşaraq Şəhid olmuşdur. Səfərovlar ailəsinin digər üzvü, Şahmarın əmisi oğlu Səfərov Cəsarət Xaliq oğlu da şanlı tarix yazan qəhrəmanlarımızın sırasındadır. Uşaqlıqdan Şahmarla birlikdə böyüyən Cəsarət elə onunla birlikdə vətənə layiqincə xidmət etmiş, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olmuşdur.
Keçidlər