Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabr ayının 17-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib

17 sentyabr 2024 | 17:24
Sentyabrın 17-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 280 saylı tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Sakinləri narahat edən bu və ya digər məsələlərlə bağlı ünvanlanan sualları ətraflı cavablandıran RİH başçı Adil Əliyev ölkə əhalisinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən işlərlə bağlı məlumat verib.
Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər