Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimizin atası dəfn olundu

31 yanvar 2025 | 09:32
Bu gün haqq dünyasına qovuşmuş 1-ci Qarabağ müharibəsinin şəhidi Qəhrəman Qəhrəmanovun atası Qaçay Qəhrəmanov Zığ qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri və şöbə müdirləri iştirak ediblər.
Dəfn mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhidimizin anasını ziyarət edərək dərin hüznlə başsağlığı verib, eləcə də onun qayğıları ilə maraqlanıb.
Həmçinin, RİH başçısı 1-ci Qarabağ müharibəsinin şəhidi İdris Süleymanovun məzarını ziyarət edərək, ruhunu ehtiramla yad edib.
Keçidlər